16 C
Bakı
28 Sentyabr 2025 00:02
DünyaGündəm

Qorbaçovu Allah mühakimə edəcək – Narışkin

Mixail Qorbaçov bir çox xarici və daxili çağırışlarla üzləşdi və onlara adekvat cavab tapmadı.

Tacxeber.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.

“Yenidənqurma çoxdan tarixə çevrilib, lakin dünya hələ də onun nəticələri ilə məşğuldur. Çox çətin dövrdə ölkəyə rəhbərlik etmək, bir çox xarici və daxili çağırışlarla üzləşmək Qorbaçovun üzərinə düşdü. Bundan sonra onu Allah mühakimə edəcək. Yenidənqurma dövrü və SSRİ-nin süqutu hələ uzun müddət tarixçilərin, politoloqların və hüquqşünasların dərin araşdırmalarının mövzusu olaraq qalacaq”, – Narışkin bildirib.

Qeyd edək ki, dünən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra ölüb.

Tacxeber.az

Oxşar xəbərlər

Tramp “Shein“ və “Temu“nun kitabını bağladı

redaktor

İçdiyimiz mineral sularla bağlı acı həqiqətlər: Süni qazlar vurulur, marketlərdə satılmamalıdır – FOTO

redaktor

“Baksol yolu”nun təmirinə 22 milyon manatdan çox vəsait ayrılıbmış.

admin