3 C
Bakı
11 Fevral 2026 18:02
Dünya

Polkovnik: Ukraynanın kəşfiyyat qrupları Xersondadır

Hazırda Xersonda rusları və satqınları məhv edən təxribat və kəşfiyyat qrupları fəaliyyət göstərir.

Tacxeber.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Roman Svitan deyib.

“Cəbhə xətti Xersondan çox da uzaqda deyil. İstənilən təxribat və kəşfiyyat qrupu içəri girib istənilən hədəfi aradan götürə bilər. Bu cür qruplar Xersona girə bilər və çox güman ki, giriblər. Kəşfiyyat onların işidir”, – o bildirib.

Xersonun nə vaxt azad ediləcəyinə gəlincə, polkovnik bildirib ki, bu, yaxın zamanda olacaq:

“Son vaxtlar baş verən hadisələrə və NATO tərəfdaşlarının silah-sursat yardımının həcminə əsaslanaraq deyə bilərik ki, bu, bir neçə həftədə baş verə bilər”.

Tacxeber.az

Oxşar xəbərlər

Lukaşenko: “Zelenskiyə öz oğlum kimi baxırdım” – VİDEO

redaktor

Türkiyədə rusiyalı xilasedicilər dağıntılar altından 150 min dollar tapdılar – FOTO

redaktor

Narkobaron Xoakin Quzman Loeranın oğlu ABŞ-yə könüllü təslim olub

redaktor