CəmiyyətSağlamlıq

Dırnaqlarını yeyənlərdə bu vitamin çatışmır

Dırnaqları yeməyə həddən artıq aludəçilik stresə az davamlı insanlarda baş verir.

“Medicina” xəbər verir ki, həkim biokimyaçı Anna Çitanova əslində bu adamlarda 2 vitamin əskikliyinin olduğunu bildirib.

Dırnaq yemək tipik olaraq maqniy və B6 vitamini əskikliyini göstərir.

Bu 2 element insanın stresə dözümlüyünü artırır

Hər ikisinin qanda miqdarını analizlə təyin etmək olar.

Belə adamlarda təşviş, həyəcan da çox olur.

Dırnaqları möhkəmlətmək və yeməmək üçün istifadə olunan heç bir gel, maz, dərman kömək etmir.

Uşaqlarda da əgər dırnaqlar yeyilirsə bu stresin yüksək həddə olduğunu göstərir.

Adətən bunlar məktəblilər, kursa, dərnəklərə gedənlər, imtahana hazırlaşanlardır.

Belə olan halda valideynlər həkim təyinatı ilə B6, kalsium, maqniy verməlidir.

 

Aygün Musayeva

Tacxeber.az

Oxşar xəbərlər

Ermənistan Kamillə bağlı açıqlama yaydı: əl çəkməyəcəyik!

redaktor

“Vüsal 300″dən sonra “Buxur” çay evinin sahibi “Vüsal 900” işi araşdırılacaq?

redaktor

Erməni çoban sürüsü ilə Azərbaycan ərazisinə keçdi, atışma başladı, yaralı var …

admin