CəmiyyətSağlamlıq

Dırnaqlarını yeyənlərdə bu vitamin çatışmır

Dırnaqları yeməyə həddən artıq aludəçilik stresə az davamlı insanlarda baş verir.

“Medicina” xəbər verir ki, həkim biokimyaçı Anna Çitanova əslində bu adamlarda 2 vitamin əskikliyinin olduğunu bildirib.

Dırnaq yemək tipik olaraq maqniy və B6 vitamini əskikliyini göstərir.

Bu 2 element insanın stresə dözümlüyünü artırır

Hər ikisinin qanda miqdarını analizlə təyin etmək olar.

Belə adamlarda təşviş, həyəcan da çox olur.

Dırnaqları möhkəmlətmək və yeməmək üçün istifadə olunan heç bir gel, maz, dərman kömək etmir.

Uşaqlarda da əgər dırnaqlar yeyilirsə bu stresin yüksək həddə olduğunu göstərir.

Adətən bunlar məktəblilər, kursa, dərnəklərə gedənlər, imtahana hazırlaşanlardır.

Belə olan halda valideynlər həkim təyinatı ilə B6, kalsium, maqniy verməlidir.

 

Aygün Musayeva

Tacxeber.az

Oxşar xəbərlər

Aİ ölkələri Çexiya üçün pul toplayır – Kiyevə əlavə sursatlar alınacaq

redaktor

Toya termosda konyak aparan, səhnədə güllələnən Xalq artisti

redaktor

“Ermənilərə məktəbli uşaqlar kimi dərs keçməliyik” – Deputatdan maraqlı açıqlama

redaktor