16 C
Bakı
27 Sentyabr 2025 03:49
CəmiyyətHadisə

“Xalq Sığorta” başdan-ayağa flrıldaqçılıqla məşğuldur” – İLGİNC FAKTLAR

 

Millət vəkili Fazil Mustafa adıçəkilən şirkətin Göyçay filialının yarıtmaz fəaliyyətini ifşa edən həmin faktları özünün sosial şəbəkə hesabında ortaya qoyub.

Tacxeber.az  deputatın paylaşımına istinadən xəbər verir ki, sözügedən filialdan maşını vurulmuş İsmayıllı rayon sakini Ağayev Sahab Gülsahab oğluna 182 nömrəli qaynar xətdən 1020 manat veriləcəyi deyilib. Vətəndaşa (055) 205-73-15 nömrəli telefondan əlaqə üçün SMS də göndərilib.

Fazil Mustafa deyir ki, “həm də bu rəqəm hər iki tərəfə yarıbayarı ödənməlidir. Ayyarım keçib, yoxsul vətəndaş yüz dəfə kontur işlədib zəng edəndən sonra bildiriblər ki, veriləsi məbləğ 500 manatdır. Vətəndaş buna etiraz edib, sonra qaldırıblar 700 manata. Yəni cəmi 350 manat almalıdır. Adama hesab da açdırıblar, amma o məbləği də ödəmirlər. Vətəndaş maşın sürə bilmir ki, təmirə ehtiyacı var. Görünür, o 350 manatdan da umacaqları var”.

Deputat şirkətin bu özbaşınalığına etiraz edərək bildirib ki, görün, hər gün minlərlə vətəndaşı necə bezar edirlər.

“Belələri dövlətin düşmənidir”.

Tacxeber.az

Oxşar xəbərlər

“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır?

redaktor

Ölməmişəm, sağam – Əli Xamneyinin müşaviri Əli Şamxani

redaktor

Dərman qiymətləri həddindən artıq bahadır, ciddi işlər görülməlidir – Deputat

redaktor