24 C
Bakı
14 Avqust 2025 00:07
Cəmiyyət

34 ton süd məhsulları məhv edildi

34 ton süd məhsulları məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 34 tondan artıq süd məhsullarını məhv edib.

Bu barədə AQTA-dan məlumat verilib.

Sun Food MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Tacxeber.az

Oxşar xəbərlər

Tramp İsrail və İranı atəşkəsi pozmaqda ittiham etdi

redaktor

SƏHİYYƏAzərbaycanda 57 yaşlı qadın ana oldu – FOTO

admin

Vəkil: “Hökumət mart ayından Avropa Məhkəməsinin qərarlarını icra etmir”

admin