32 C
Bakı
12 Avqust 2025 16:45
Dünya

Ukraynaya ən müasir silahlar göndəriləcək – Şolts

Yaxın həftələrdə Almaniya Ukraynaya ən yeni silahları göndərəcək.

Tacxeber.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Berlin Kiyevi müəyyən növ silahlarla təmin etmək üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Almaniya nə qədər lazımdırsa, Ukraynanın müdafiəsini dəstəkləyəcək. Yaxın həftələrdə Berlin Kiyevə ən yeni silahları göndərəcək”, – o bildirib.

Şolts əlavə edib ki, Almaniya Ukraynaya radar sistemləri və dronları göndərməklə yanaşı, onları artilleriya, müasir hava hücumundan müdafiə sistemlərilə də təmin etməyə hazırdır.

Tacxeber.az

Oxşar xəbərlər

Qazaxıstanı 40 mindən çox rusiyalı tərk edib

redaktor

Putin hakimiyyətdən gedir – “Yeni planlar hazırlanır”

admin

Sədat Pekər qalmaqalı: Ünsal Ban həbs olundu

admin