29 C
Bakı
16 Avqust 2026 14:55
DünyaGündəmSiyasət

Rusiya paytaxtında gizli görüş: MİT şefi Moskvaya niyə gedib? – Şok iddia

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla Moskvada suriyalı həmkarı Əli Məmlük arasında görüş keçirildiyi iddia edilib.

Tacxeber.az  Teleqraf.com-a istinadən xəbər verir ki, görüşün Rusiya müdafiə naziri Sergey Şoyqunun vasitəçiliyi ilə keçirildiyi bildirilir.

İddiaya görə, görüşdə tərəflər qarşılıqlı olaraq tələblərini biri-birilərinə çatdırıblar.

Bəşər Əsəd rejiminin əsas tələbi Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı mövcudluğuna son qoymasıdır. Eyni zamanda Türkiyədən silahlı müxalifətə dəstəyin dayandırılması, Bab əl-Həva sərhəd qapısına nəzarətin onlara verilməsi tələb edilir.

Tələblər arasında beynəlxalq aləmdə sanksiyalardan yan keçmək üçün dəstək istəyi də var.

Türkiyənin Bəşər Əsəd rejimindən ən böyük tələbi isə PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qarşı ciddi mövqe sərgiləməsi ilə bağlıdır. Təhlükəsiz zonanın yaradılması, Türkiyənin dəstəklədiyi müxalifətlə danışıqların aparılması və suriyalı qaçqınların geri qaytarılmasının Ankaranın digər tələbləri arasında olduğu deyilir.

Tacxeber.az

Oxşar xəbərlər

Adətən dövlət arxa planda etdiyi pıçıltılı yalvarışlar eşidilməsin deyənə, sifətini saxlamaq üçün ön planda bağırır

admin

27 illik zorakılıqdan sonra həyatına son qoyan qadının ərinə minimum cəza verilib: “Məni sən öldürdün”

admin

“Tutucular anbarlarda qalmamalıdır”: Zelenski Avropaya müraciət etdi

redaktor