21 C
Bakı
23 İyun 2025 05:00
Planet

Yanukoviçin oğlunun 300 milyonu orduya köçürüldü

Yanukoviçin oğlunun 300 milyonu orduya köçürüldü

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlunun 300 milyon qrivnadan çox pulu Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürülüb.

Tacxeber.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

“Söhbət Ümumukrayna İnkişaf Bankının 2011-ci ildən bəri səhmlərinin sahibi, keçmiş prezidentin böyük oğlu Aleksandr Yanukoviçdən gedir. Pulun qanuni mənşəyi olmadığı üçün bank işçiləri maliyyə əməliyyatlarının köməyi ilə cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırıblar. İndi məhkəmə bu vəsaitin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə göndərilməsi barədə qərar çıxarıb. Hazırda Ukraynanın müdafiə qüvvələrinin hesabına 304 milyon qrivna daxil olub”, – məlumatda bildirilib.

Tacxeber.az

Oxşar xəbərlər

Yer kürəsi iqlim fəlakətləri astanasındadır – XƏBƏRDARLIQ

redaktor

Türkiyədə güclü zəlzələ oldu

admin

Hibrid Günəş tutulması baş verəcək

redaktor