Dünya

Rusiya Milli Qvardiyanı Luqanska göndərdi

Rusiya Milli Qvardiyanı Luqanska göndərdi

Rusiya yerli sakinləri Ukraynaya qarşı döyüşməyə məcbur etmək üçün Luqansk vilayətinin müvəqqəti işğal olunmuş rayonlarına Milli Qvardiya göndərib.

Tacxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya müharibəyə dəstəyin azalması və Luqansk sakinləri arasında döyüşmək istəməyənlərin say çoxluğuna cavab olaraq təhlükəsizlik qüvvələrini Luqansk bölgəsinə yerləşdirir. Bunun üçün Kreml Ukraynanın digər bölgələrindən qüvvələrini geri çəkir. Bu da Rusiyanın məhdud taktiki nailiyyətlərini əməliyyat uğurlarına çevirə bilməməsinə şərait yaradır”, – məlumatda deyilib.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiyada xarici agent kimi tanındı

redaktor

Kurskda Ukraynadan darmadağın: Rus ordusunun müdafiəsi yarıldı

admin

Bakıda dilənçilər məhəlləsinin sakini: “Biz əl açırıq, namusumuzu satmırıq” – VİDEO

redaktor