24 C
Bakı
22 İyun 2025 13:01
Dünya

Rusiyanın dağılmasını gözlərimizlə görəcəyik – Danilov

Ukraynanın bütün ərazisi işğalçılardan azad ediləcək. Rusiyanı isə başqa aqibət gözləyir – parçalanmaq.

Tacxeber.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O bildirib ki, Ukrayna ordusu rusları ölkə ərazisindən qəhrəmancasına çıxarır:

“Krımda baş verənlərə gəlincə, Putinin ətrafında heç kim belə bir məqamı xəyal etməyib. Ruslar mühafizə altında olduqlarını düşünürdülər, bunun yalan olduğu ortaya çıxdı. İşğal olunmuş Krım əvvəllər ümumiyyətlə “qırmızı xətt” hesab olunurdu və Krım körpüsünün dağıdılmasını qəbuledilməz adlandırırdılar. Rusiya təkcə bunu deyil, yaxın 5-7 ildə onu gözləyən başqa amilləri də “udmalı” olacaq. Bu şərtlərlə Rusiyanın gələcəkdə parçalanmasına gətirib çıxaracaq. Biz Rusiya Federasiyasının dağılmasını öz gözlərimizlə görəcəyik”.

Tacxeber.az

Oxşar xəbərlər

Sinan Oğan Azərbaycandan medal alıb

redaktor

Pezeşkian: Coğrafi sərhədlər otaylı bu taylı azərbaycanlıları ayırmayıb

redaktor

Rusiya 3 ölkənin diplomatlarını çağırıb, hədələdi

redaktor