21 C
Bakı
23 İyun 2025 00:49
Dünya

Prezident seçilərsə, Rusiya ilə Ukrayna arasında sülh yaradacağına söz verdi

Prezident seçilərsə, Rusiya ilə Ukrayna arasında sülh yaradacağına söz verdi

Braziliyanın keçmiş Prezidenti, prezidentliyə namizəd Luis İnasiu Lula da Silva bildirib ki, seçkilərdə qalib gəlsə, Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanı həll etmək üçün əlindən gələni edəcək.

 

Tacxeber.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Braziliya onun rəhbərliyi altında “sülhün bərpasına” töhfə verəcək.

 

“Seçkilərdə qalib gələndə ümid edirəm ki, Rusiya ilə Ukrayna arasında münaqişə bitəcək, o zaman mən daha sakit olacağam. Ancaq bu, bitməsə, əmin ola bilərsiniz ki, Braziliya mümkün olan hər şeyi edəcək, sülhü yenidən bərpa etmək üçün bütün dövlət başçıları ilə danışacaq”, – Lula deyib

Braziliyanın eks-prezidentinin nöqteyi-nəzərindən, “Ukraynadakı münaqişədə heç kim maraqlı deyil” və onun dayandırılması BMT-nin gücləndirilməsi və təşkilatın Təhlükəsizlik Şurasında islahatların aparılması ilə mümkündür. Onun fikrincə, Braziliya və digər dövlətlər Təhlükəsizlik Şurasına daxil edilməlidir.

 

“Ümid edirəm ki, Ukrayna və Rusiya hökumətlərinə müdaxilə etməyə çalışmasaq, münaqişə tezliklə bitəcək”, – Lula qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər

İranda türkmən tələbə işgəncə ilə öldürüldü

redaktor

D.Tramp Amerikanı ciddi cəhdlə Rusiyaya çevirir.

redaktor

Vahid Ələkbərov Rusiyada məhkəməyə verildi

redaktor