20 C
Bakı
22 İyun 2025 02:52
CəmiyyətDünya

Azərbaycanlı milyonçu İtaliyadakı villasını SATIŞA ÇIXARIB – Təfərrüat + FOTOLAR

Azərbaycanlı milyonçu, “İnter Server” şirkətlər qrupunun prezidenti Füzuli Məmmədov (Frenk) İtaliyadakı villasını satışa çıxarıb.

Bu barədə Sfera.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, villa İtaliyanın Lombardiya vilayətində, Milandan 40 km aralıda yerləşən Berqamo şəhərindədir.

Fizuli Məmmədov illərdir gah Moskvada, gah da Berqamoda yaşayıb. Amma Rusiyada Azərbaycan diaspora quruculuğu iflasa uğrayandan sonra birdəfəlik Berqamoda məskunlaşmışdı.

Frenkin Moskvadakı  biznesinin isə iflasa uğradığı deyilir. Onun Moskvanın “Reçnoy vokzal” metrostansiyası yaxınlığındakı ticarət mərkəzində işlərin yaxşı getmədiyi bildirilir.

Onun villanı neçəyə satışa qoyduğu isə bilinmir.

Məmmədovun Milanda da bir neçə mağazasının olduğu deyilir.

Tacxeber.az

Oxşar xəbərlər

Rusiyalı deputatlar döyüşmək üçün müraciət etdilər

redaktor

Adil Qeybulla istefa verdi

redaktor

Vasif Talıbov uzun müddət sonra göründü: Oğlu ilə… – Foto

redaktor