29 C
Bakı
11 Avqust 2025 15:53
DünyaKriminal

Duqinin qızı necə qətlə yetirilib? – Detallar bəlli oldu

“Rus dünyası”nın əsas ideoloqu Aleksandr Duqinin qızı Daryanın idarə etdiyi avtomobili qətldən əvvəl anonim telefonları olan şəxslər izləyib.
Bakupost.az xəbər verir ki, partlayıcı qurğunun anonim telefonlardan edilən zənglə işə salındığı ehtimal olunur. Mash Telegram kanalının məlumatına görə, istintaq Duqinin avtomobilinin bu üsulla partladılması versiyasını nəzərdən keçirir.
Qeyd olunur ki, billinqin nəticələrinə görə, onlar Daryanı avtomobilin minalandığı ərazidən (Zaxarovo malikanəsinin dayanacağı) partlayış baş verən yerə qədər izləyiblər. Qətldən sonra telefonlar şəbəkədən itib.
Xatırladaq ki, avqustun 20-də Moskva ətrafında Darya Duqinanın idarə etdiyi avtomobil partladılıb və o, həlak olub. Jurnalistlər partlayışın avtomobilin altına yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyini aydınlaşdırıblar.
Zaur

Oxşar xəbərlər

G20 sammitində Argentina Prezidentinin səhhəti pisləşdi

redaktor

Ukrayna məğlub olacaq, yaxın aylarda isə… – Arestoviçdən şok açıqlama

redaktor

Ukrayna ordusunda nə qədər qadın xidmət edir?

redaktor