Dünya

İki ay qazlı içki içən siçovulların yaddaşı itdi – EKSPERİMENT

İki ay qazlı içki içən siçovulların yaddaşı itdi – EKSPERİMENT

Brazilyalı elm adamları  iki ay siçovullara qazlı su verərək müəyyən ediblər ki, içkinin müntəzəm istehlakı beyin sağlamlığı və davranış problemləri ilə birbaşa əlaqəli ola bilər.

Tacxeber.azxəbər verir ki, alimlər siçovulları üç yaş qrupuna, hər birini isə iki komandaya ayırıblar.

Birində gəmiricilər gündəlik olaraq adi, ikincisində isə qazlı su içiblər.

57 gündən sonra alimlər heyvanları labirintə yerləşdiriblər. Birinci komandanın siçovulları heç bir problem olmadan oradan çıxıb. İkinci komanda çətinliklərlə üzləşib. Gəmiricilər işin öhdəsindən gələ bilməyiblər, çünki onların yaddaşı zəifləyib.

Bundan sonra heyvanlar evtanizasiya edilərək yarılıb. Qazlı su içən siçovulların əksəriyyətində, xüsusən də gənc heyvanlarda müxtəlif dərəcədə beyin zədələri aşkar olunub. (Medicina.az)

Tacxeber.az

Oxşar xəbərlər

Rusiyada işləyən azərbaycanlılara PİS XƏBƏR – Ailələri ilə…

redaktor

ABŞ xalqı Baydeni prezident kimi görmür – KİV

redaktor

Trampın qızı ərə getdi – Fotolar

admin