14 C
Bakı
26 Mart 2026 13:23
Dünya

Rusiya Donbasda kütləvi hücuma başlayıb – Ukrayna

Rusiya Donbasda kütləvi hücuma başlayıb – Ukrayna

Rusiya Donbasda bir neçə istiqamətdə kütləvi hücumlara başlayıb. Hazırda döyüşlər davam edir.

Tacxeber.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya qüvvələri Slavyansk istiqamətini Nemalenkovo, Suliqovka və Mazanovka yaxınlığını tanklardan, top artilleriyasından və çoxsaylı buraxılış raket sistemlərindən atəşə tutub.

Həmçinin, Novodmitrovka, Vernopolya, Kurulka, Baxmut, Zaiçevoye və Kodema yaşayış məntəqələri istiqamətində rus bölmələri hücum əməliyyatları keçirməyə cəhd etsə də, onların qarşısı alınaraq geri çəkilməyə məcur edilib.

Tacxeber.az

Oxşar xəbərlər

O mənim məhvimlə şəxsən məşğuldur – Saakaşvili

redaktor

Bəyan edirik: Azərbaycana hücum olmayacaq – Paşinyan

redaktor

İsveçin NATO-ya üzvlük protokolu TBMM komissiyasında qəbul EDİLDİ

admin