Hadisə

Mardində dəhşətli qəza: ölənlərin sayı 16-ya çatdı

Mardində dəhşətli qəza: ölənlərin sayı 16-ya çatdı

Türkiyənin Mardin vilayətində zəncirvari avtomobil qəzası baş verib.

Tacxeber.az xəbər verir ki, hadisə şəhərin Derik rayonunda yerləşən yanacaqdoldurma stansiyası yaxınlığında olub

İlkin məlumata əsasən, hadisə nəticəsində səkkiz nəfər ölüb, çox sayda yaralı var.

Əyləcində nasazlıq yaranan qoşqulu yük maşını iki avtomobillə toqquşduqdan sonra aşıb. Digər bir yük maşını isə hadisə zamanı xəsarət alanlara ilkin yardım göstərən tibb işçiləri və vətəndaşları vurub.

Bölgəyə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

***

Derik rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı 16 nəfərə çatıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Tvitter hesabında bildirib.

O qeyd edib ki, xəsarət alan 29 nəfərdən 8-nin vəziyyəti ağırdır.

Tacxeber.az

Oxşar xəbərlər

Məzahir Sultanovun 23 yaşlı oğlu qəfil vəfat etdi

redaktor

İcra başçısı müharibə veteranının cəzalanmasını tələb edir: ‘Şikayətlərin önünü kəsmək istəyir’

admin

Aftandil İsrafilovun ölüm səbəbi açıqlandı

redaktor