15 C
Bakı
29 Mart 2026 16:13
Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu üzə çıxıb.

1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş unikal foto facebook-da “Auksion/Hərrac” səhifəsində həraca çıxarılıb.

Fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: “İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim”.

Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Fotonun M.Ə.Rəsulzadənin arxivindən götürüldüyü ehtimal olunur.

Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.

Azadlıq qəzeti

Oxşar xəbərlər

Azərbaycanda kişilərin ömrü qısalıb – RƏSMİ

redaktor

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

admin

Dünyanın ən yaxşı ənənəvi səhər yeməyi

redaktor