Cəmiyyət

Məhəmməd Əmin Rəsulzadənin nadir fotosu üzə çıxıb.

1927-ci il mayın 28-də İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 9-cu ildönümü ilə bağlı tədbirdə çəkilmiş unikal foto facebook-da “Auksion/Hərrac” səhifəsində həraca çıxarılıb.

Fotonun əski əlifba ilə təqdimatında bu sözlər yazılıb: “İstiqlal ələmdarı, möhtərəm rəisimiz Məhəmməd Əmin Bəy əfəndiyə təqdim”.

Bu sözlərdən fotonun məhz bu nüsxəsinin Rəsulzadəyə təqdim edildiyi anlaşılır. Fotonun M.Ə.Rəsulzadənin arxivindən götürüldüyü ehtimal olunur.

Fotoda, həmçinin Xəlil bəy Xasməhəmmədov, Şəfi bəy Rüstəmbəyov, Mustafa Ağa Vəkilov, Məhəmmədsadıq Aran, Şəfiqə xanım Qaspiralı da yer alıb.

Azadlıq qəzeti

Oxşar xəbərlər

Kobaxidze : “Zurabişvili istəməsə və Mixail Kavelaşvilinin dövlət başçısı seçilməsini tanımasa da, prezident sarayından getməlidir”.

admin

Qazaxda icra başçısını tənqid edən bələdiyyə sədrinin müavini psixiatriya xəstəxanasına salınıb

admin

Elə səni tanımasalar yaxşıdır!

redaktor