DünyaGündəm

Hücuma keçən rus qüvvələrinə ağır zərbə – Darmadağın edildi

Ukrayna Silahlı Qüvvələrinin Cənubda əks-hücum əməliyyatı Rusiya qoşunlarına baha başa gəlib. Ciddi itkilərlə üzləşən ruslar geri çəkilməyə məcbur olublar.

Tacxeber.az  Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin “Cənub” komandanlığının sözçüsü Natalya Qumenyuk məlumat verib.

“Müdafiə qüvvələrimiz irəliləməyə çalışarkən bir həftədir əllərində saxladıqları müdafiə xəttindən irəliləməyə “cəsarət” edən işğalçıların hava desant-hücum bölmələri ilə üz-üzə gəlib. Düşmən qüvvələri onlara cavab verməyə cəhd etsələr də, bu səyləri uğursuz alınıb. Tanklar da daxil olmaqla bir neçə zirehli texnikasını itirən işğalçıların 50-yə qədər şəxsi heyəti məhv edilib. Ruslar ciddi itkilərlə geri çəkiliblər”, – Qumenyuk bildirib.

O, Ukrayna ordusunun Cənub istiqamətində irəliləməyə davam etdiyini açıqlayıb:

“İşğalçılar Ukrayna müdafiə qüvvələrinin irəliləməsi fonunda ciddi itkilərlə üzləşirlər, öz mövqelərini geri çəkirlər”.

Oxşar xəbərlər

Qarabağda separatçıların qanunsuz hərbi daşımaları davam edir – VİDEO

redaktor

Netanyahu mövqeyini yumşaltmaqdan imtina edib

redaktor

Netanyahudan ŞOK İDDİA: “İran Trampı iki dəfə aradan götürməyə çalışdı”

redaktor