24 C
Bakı
26 Sentyabr 2025 18:10
İdman

Güləşçimiz erməni rəqibini məğlub edib finala yüksəldi

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Tacxeber.azxəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib.

Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

Tacxeber.az

Oxşar xəbərlər

“Qurban Qurbanov instaqram nədir, onu da bilmir”

redaktor

Ronaldodan akrobatik zərbə – VİDEO

redaktor

AFFA-nın min bir oyunu – İndi də “Qarabağ”ın başında

admin