CəmiyyətDünya

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarıldı

Azərbaycan qanunvericiliyindən “lal-kar, kor” və “şikəst” sözləri çıxarılıb.

Tacxeber.azxəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Mülki Məcəllə və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Belə ki, Məcəllənin 1183.1-ci maddəsində “lal-kardırsa və ya lal-kar” sözləri “nitq-eşitmə qabiliyyəti tam məhdud olan şəxsdirsə və ya nitq-eşitmə qabiliyyəti tam məhdud” sözləri ilə əvəz edilib.

Əsasnamənin isə 83-cü maddəsinin üçüncü hissəsində “xəsarət” sözü “xəsarətlə” sözü ilə əvəz edilib və həmin hissədən “yaxud şikəstliklə” sözləri çıxarılıb.

Tacxeber.az

Oxşar xəbərlər

Belarus işğal altındakı Ukrayna torpaqlarından əldə etdiyi raps yağını Avropa İttifaqına satır

admin

“Putin yaxınlarda devriləcək, Rusiya təslim olacaq” – Şok proqnoz

admin

AP: Zelenskinin Oval kabinetdə alçaldılması Qərb müttəfiqlərinin Trampa təsir edə bilmədiyini göstərdi

redaktor