21 C
Bakı
22 İyun 2025 01:35
HadisəKriminal

Türk diplomatlarına qarşı terror etdi nəticədə gözlərini itirdi.

Aleksandr Yenikomşiyan Livan ermənisi və ASALA terror təşkilatının üzvü idi. 1980-ci il oktyabrın 3-də İsveçrənin Cenevrə şəhərindəki otel nömrəsində o və Süzi Mahseredciyan terror aktı üçün bomba düzəldərkən partlayış baş verdi. Qadına bir şey olmasa da, Yenikomşiyan gözlərini və sol əlini itirdi.

Hər iki terrorçu həbs olundular. Bundan sonra ASALA İsveçrədə bir sıra partlayışlar həyata keçirərək hökuməti şantaj etdi, həbs edilənlərin azad olunmasını istədi. İsveçrə məhkəməsi də həm Yenikomşiyana, həm Mahseredciyana 18 ay şərti həbs cəzası verdi və dərhal ölkədən deport etdi. Dövr belə dövr idi, Avropa dövlətlərinin çoxu terrorçuların şantajına boyun əyirdilər. Türkləri öldürmək istəyirsən, get öldür, o siz, o da türklər, amma mənim vətəndaşlarımla işin olmasın.

Süzi Mahseredciyanın sonrakı həyatı barədə məlumata rast gəlmədim. Aleks Yenikomşiyan isə 1996-cı ildən Ermənistanda yaşayır, tənqidçi mövqeyinə görə Köçəryan-Sərkisyan dövründə bir neçə dəfə həbs olunub. 67 yaşı var.

Yadigar Sadıqlı

Tacxeber.az

Oxşar xəbərlər

Ukraynada yaralanan azərbaycanlı vəfat etdi – FOTO

redaktor

Rusiyada hərbi hissədə partlayış: 3 hərbçi ölüb, 16 nəfər yaralanıb

redaktor

Teleqramın qurucusunun Bakıda görüşdüyü qız da yoxa çıxıb – FOTO

admin