12 C
Bakı
25 Mart 2026 15:39
Dünya

Polşa lideri Ərdoğana təşəkkür etdi

Polşa lideri Ərdoğana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Polşa Prezidenti Andjey Duda arasında telefon danışığı baş tutub.

Tacxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı prezident Ərdoğan Ukraynada sülh prosesinə töhfə verəcəyinə ümid etdiklərini söyləyib.

Polşa Prezidenti Duda Rusiya-Ukrayna böhranının həllində göstərdiyi konstruktiv rol və səylərə, taxıl ixracı sazişinə verdiyi töhfələrə görə, prezident Ərdoğana təşəkkür və təbriklərini çatdırıb.

Həmçinin, prezident Duda Ərdoğanı Polşaya dəvət edib.

Tacxeber.az

Oxşar xəbərlər

Trampa atəş açan kimdir? – Təhqiqatçılar çiyinlərini çəkir

redaktor

XİN: “Qanunsuz erməni silahlı birləşmələri dərhal Azərbaycan ərazilərindən çıxarılmalıdır”

redaktor

“İranı xəritədən silin” – ABŞ senatoru

redaktor