10 C
Bakı
27 Mart 2026 15:07
Dünya

Ölkəmiz İslamiadanı 99 medalla başa vurdu

Ölkəmiz İslamiadanı 99 medalla başa vurdu

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb.

Tacxeber.az xəbər verir ki, Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub.

İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb.

İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

Tacxeber.az

Oxşar xəbərlər

İmam Rza əleyhissalamın dəfn olunduğu Məşhəd şəhərini etirazlar bürüyüb…

redaktor

Aİ Ukraynaya real təhlükəsizlik zəmanətləri təklif etməyə borcludur – Kaya Kallas

redaktor

Rusiyada həbsdə olan azərbaycanlı müharibədə yoxa çıxıb – Foto

admin