12 C
Bakı
28 Mart 2026 21:44
Cəmiyyət

FHN əməkdaşlarının intim videoları ilə bağlı rəsmi açıqlama

Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videoları ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb:

“Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”.

“Azərbaycan Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır”, – məlumatda qeyd edilib.

Tacxeber.az

Oxşar xəbərlər

Bir gün xəstələnir, 5 gün sənəd yığır: şagirdlərin “tibbi arayış” HƏNGAMƏSİ

admin

Polislər niyə qapı-qapı sorğu aparır? – DİN-dən AÇIQLAMA

redaktor

“İrşad Telekom” Rüfət Mehdiyevin qızını aldadıb? – Video

redaktor