16 C
Bakı
26 Sentyabr 2025 05:22
Siyasət

Paşinyana xəbərdarlıq: sui-qəsd ola bilər

Paşinyana xəbərdarlıq: sui-qəsd ola bilər

İrəvanın müxtəlif yerlərinin minalanması xəbərlərinin arxasında Baş nazir Nikol Paşinyanı devirmək istəyən qüvvələr dayana bilər. Onlar İrəvanda panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırırlar.

Tacxeber.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Qarabağ klanının timsalında radikal müxalifət Paşinyanı parlamentdə istefaya məcbur edə bilmədi. Radikal müxalifət aylarla küçə yürüşləri və mitinqlər keçirdi, yenə nəticə əldə etmədi. Ermənistan vətəndaşları müxalifətə dəstək vermədi. Görünür, radikal müxalifətin daha radikal qanadı ən son üsula əl atıb: terror. Metronun və hava limanının minalanması xəbərdarlıqlarından sonra Nikol Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi də mümkündür. Metroda mina həyəcanı Paşinyana xəbərdarlıqdır. Nikol Paşinyan təhlükəsizliyinin artırılması barədə düşünməlidir”, – politoloq bildirib.

Tacxeber.az

Oxşar xəbərlər

Bəşər Əsədlə bağlı şok iddia: Rusiyaya qaçdı?.. – Təcili

admin

Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT – Azərbaycan AÇIQLADI…

redaktor

Moldova prezidenti ilə bağlı şok iddia: Bunu etməyə hazırlaşır

redaktor