İdman

“Qarabağ” – “Viktoriya”: Onlayn bilet satışı dayandırıldı

Bakıda “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsininilk oyunu üçün onlayn bilet satışını həyata keçirən “Iticket.az” saytında texniki problem yaranıb.

Tacxeber.az xəbər verir ki, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.

Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.

Tacxeber.az

Oxşar xəbərlər

FİDE prezidenti idmançılarımızı təbrik etdi

redaktor

“Fənərbağça”nın ulduzunun ailəsi zəlzələ zamanı evi ayaqyalın tərk etdi – VİDEO

redaktor

Merih Demiralın cəzalandırılması xəbəri təkzib edildi – AÇIQLAMA

redaktor