GündəmSiyasət

Donald Trampın evindəki axtarış nüvə silahı haqda sənədlər üçün aparılıb.

Washington Post qəzeti yazıb ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın evinə Federal Təhqiqat Bürosunun (FBI) tərəfindən edilən basqında nüvə silahlarına aid sənədlər axtarılıb.
2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməsinin qarşısının alınmaq istədiyini iddia edən Tramp, “Belə bir hücum ancaq üçüncü dünya ölkələrində ola bilər” deyə vurğulamışdı.
ABŞ Ədliyyə Nazirliyi axtarışın Trampın Ağ Evdən çıxarkən bəzi sənədləri qanunsuz olaraq şəxsi evinə köçürməsi ilə bağlı araşdırma çərçivəsində aparıldığını açıqlayıb.
“Washington Post” qəzetinin iddiasına görə, Trampın evinə basqın zamanı nüvə silahı ilə bağlı sənədlər üçün axtarış aparılıb. Xəbərdə Trampın Mar-a-Laqo iqamətgahında aparılan axtarışda adı çəkilən sənədlərin ələ keçirilib-keçirilməməsinin dəqiqləşmədiyi bildirilib.

Oxşar xəbərlər

Dövlət başçısı: Bəziləri özünü manyak kimi aparır

redaktor

Ərdoğan qələbəsini mahnı oxuyaraq bildirdi – VİDEO

redaktor

“Vaqner”ə qoşulmayan azərbaycanlılar bunları yaşayıb – VİDEO

redaktor