28 C
Bakı
13 Avqust 2025 21:00
DünyaGündəm

Qırğızıstandan Antalyaya uçan təyyarə Bakıya təcili eniş etdi

“Türk Hava Yolları” aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən verilən məlumata görə, “Boeing B737” təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

 

tacxeber.az

Oxşar xəbərlər

Messinin evinə dava-şava salan xanım jurnalist kimdir? – ŞOK FOTOLAR

admin

KİV: Tramp ingilis dilini dövlət dili elan edəcək

redaktor

Çingiz Abdullayevin ailə üzvlərinin Londondakı biznesi – Fotolar

redaktor