26 C
Bakı
21 İyun 2025 16:21
DigərKriminal

DSX-dən əməliyyat: 16 kq narkotik aşkarlandı

Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində avqustun 12-si saat 14:30-da sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkarlanıb.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti yaxınlığında sahibsiz halda gizlədilmiş bir kisədə səkkiz ədəd bağlamada, ümumi çəkisi təxminən 16 kq 675 qram narkotik vasitəyə bənzər maddələr (3 kq 170 qram tiryək, 13 kq 505 qram marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.az

Oxşar xəbərlər

Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: “Mənimlə evlənəcəksən”

redaktor

DİN-dən sosial media istifadəçilərinə müraciət: “Gizli hesabları…”

redaktor

Rövşən Lənkəranskinin qardaşı MƏHKƏMƏYƏ VERİLDİ – Onun “Paşa Bank”la nə problemi var?

redaktor