Gündəmİdman

“Turan Tovuz” – “Qarabağ” oyunu təxirə salındı.

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməli olan “Turan Tovuz” – “Qarabağ” matçı təxirə salınıb.

Tacxeber.az  xəbər verir ki, bu barədə PFL məlumat yayıb. “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL sözügedən qarşılaşmanın təxirə salınması qərarını qəbul edib.

Oyunun nə vaxt keçirələcəyi barədə daha sonra əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, “Qarabağ”ın ÇL-in pley-offundakı rəqibi “Viktoriya”dır (Plzen, Çexiya). “Qarabağ”la “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Oxşar xəbərlər

Sergen Yalçın növbəti dəfə “Beşiktaş”ın baş məşqçisi olacaq

admin

Ay bədbəxtlər… – Elxan Məmmədovun qəhqəhəsi

admin

Dünya şokda: Ölülərlə danışmaq mümkün olacaq – Artıq texnologiya hazırdır

admin