23.7 C
Bakı
29 İyun 2026 02:41
Gündəmİdman

Rafiq Hüseynov qızıl, Ülvi Qənizadə gümüş medal qazandı

Azərbaycanın güləşçiləri Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) finalda qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ülvi Qənizadə (72 kq) isə gümüş medalın sahibi olub. O, finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

“De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti isə biz çəkirik” – Video

admin

Slovakiya millisinin məşqçisi: “Rəşad Sadıqovu dərhal tanıdım, onunla qarşı-qarşıya oynamışdıq” – MÜSAHİBƏ

admin

Müəllim, salam. Biz də buradayıq. Tək deyilsiniz.

admin