26 C
Bakı
21 İyun 2025 18:35
Gündəmİdman

Rafiq Hüseynov qızıl, Ülvi Qənizadə gümüş medal qazandı

Azərbaycanın güləşçiləri Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıblar.

Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) finalda qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb. Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ülvi Qənizadə (72 kq) isə gümüş medalın sahibi olub. O, finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.

Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.

Oxşar xəbərlər

Rusiya Vahid Ələkbərovu məhkəməyə verdi

admin

Donald Trampı yamsılayan uşaq trend oldu – Video

redaktor

Həbsdə 85 gündür aclıq edən alimin vəziyyətinin kritik olduğu deyilir

admin