DigərGündəm

DİN-dən Bakıda satıldığı iddia edilən körpə ilə bağlı AÇIQLAMA + FOTO

Bakıda 6 aylıq uşağın həyatı təhlükədə olması ilə bağlı məsələ araşdırılır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, daxili işlər nazirliyinə daxil olan məlumatlar yoxlanılır:

“Körpənin həyatı və təhlükəsizliyi ilə bağlı bütün təfərrüatlar  araşdırılır. İddialar nəzarətə götürülüb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sığınacağa nənəsi tərəfindən 6 aylıq körpənin gətirildiyi ilə bağlı məlumatvermişdik. Belə ki, körpənin satıldığı və həyatının təhlükədə olduğu iddia edilirdi.

Oxşar xəbərlər

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI

redaktor

Ülvi Həsənli aclığı dayandırmır və“Abzas Media”nın qadın jurnalistləri də aksiyaya qoşulurlar

admin

Başbuğ: Yasin Hüseynzadəni aradan götürəcəklər – Video

redaktor