Gündəm

Xocavənddə ermənilərin məhv edilmiş helikopteri tapıldı

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-8 helikopterinin qalıqları aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus Mİ-8 helikopteridir.

Oxşar xəbərlər

Nazirə məxsus olduğu deyilən şirkətlə dövlət qurumu arasında qalmaqal

admin

“Deyirlər, Avropanın maaşını verin, amma Azərbaycanda gey, fahişə olmasın” – QALMAQAL

redaktor

Nazilə Səfərlidən Rövşanəyə CAVAB: “Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz” – VİDEO

redaktor