Azərbaycanda təhsilin bu qədər bərbad durumda olmasında bu iki şəxsin danılmaz zəhməti var. Biri şagirdləri orta məktəbdən uzaqlaşdırmaq üçün tər tökür, çalışır, vuruşur….Orta məktəb təhsili ilə hansısa abituryentin ali məktəbə qəbul olunduğunu görmüsünüzmü?! Repetitorlara ətək-ətək pullar gedir. Siniflər boşalıb, özəl kurslar dolub.
O biri də abituriyentlərə tələ qurmaq üçün gecə-gündüz düşünür. yol axtarırır. Sanki hədəf odur ki, abituryentin normal nəticə göstərməsinin qarşısını alsın. Bu nə məntiqdir axı?! Yol açmaq lazımdır, bağlamaq yox.
Builki buraxılış imtahanlarına düşən sualları kim tərtib edib və niyə? Məqsəd nədir?
