20 C
Bakı
19 İyun 2025 07:20
Toplum

Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi: “Siyahı hazırlanır…”

Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi: “Siyahı hazırlanır…”

“Hamısını məhkəməyə verəcəyəm”.

Ölkə.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir etməsi ilə bağlı yayılan videolardan danışarkən deyib.

Xalq artisti bildirib ki, həmin videoları digər sosial şəbəkələrdə yayan izləyicilərin hər birini məhkəməyə verəcək:

“Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki… Ona görə də həmin izləyicilərə elə cavab vermişəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir edib və həmin videolar sosial şəbəkələrdə geniş yayılıb.

Tacxeber.az

Oxşar xəbərlər

“Bakının da bir çox məscidləri İrançı qüvvələrin işğalı altındadır” – Deputat

redaktor

Bakıda “Prius” 3 nəfəri vurdu: Türkiyə vətəndaşı öldü

redaktor

Laçında ermənilərə məxsus PUA ələ keçirildi – Video

redaktor